Ru
15:09 / 06 Sentyabr 2025

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR
Eye

AZAL təyyarəsinin vurulma əmrini verən Rusiyanın 51-ci HHM diviziyasının komandiri general-mayor Aleksandr Tolopilo haqqında yeni faktlar dərc edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Minval.az sənədlərin fotosunu yayımlayıb.

Məlumatda Tolopilonun bundan əvvəl də bir sıra cinayətlərdə iştirak etdiyi bildirilir:

"Rusiya generalı Tolopilonun şəxsi işi qüsursuz deyil: onun vəzifəsi dövründə xidməti cinayət kimi qiymətləndirilə biləcək epizodlar mövcuddur, lakin onlar cəzasız qalıb.

Ən səs-küylü hadisələrdən biri 2024-cü il iyunun 8-də baş verib. Tolopilonun rəhbərlik etdiyi 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının məsuliyyətsizliyi nəticəsində Ukrayna dronlarının hücumu zamanı Rusiyanın ən bahalı və nüfuzlu döyüş təyyarələrindən biri olan Su-57 zədələnib. Bundan əlavə, Axtubinsk rayonunda yerləşən Çkalov adına 929-cu Dövlət Uçuş-Sınaq Mərkəzinin aerodromunda mülki personal da zərər görüb.

Bununla belə, radiolokasiya stansiyalarının iş rejimləri metodiki göstərişlərə uyğun şəkildə qurulmuşdu. Lakin artıq 2024-cü il iyunun 7-də bir sıra döyüş maşınlarında nasazlıqlar aşkar edilmiş və bu barədə rəhbərliyə dərhal məlumat verilmişdi.

Tolopilonun cəzasız qalması, əvvəlcə Su-57-nin zədələnməsinə, daha sonra isə AZAL təyyarəsi ilə bağlı faciəyə səbəb oldu.

Adının bu qədər cinayətlərdə hallanmasına baxmayaraq Tolopilo məsuliyyətə cəlb edilməyib, əksinə yüksək vəzifədə qalıb.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar