Ru
11:02 / 22 Yanvar 2026

Anardan Zahid Sarıtorpağın istefasına reaksiya:"Gedənə "yaxşı yol" deyərlər"

Anardan Zahid Sarıtorpağın istefasına reaksiya:"Gedənə "yaxşı yol" deyərlər"
Eye

"Gedib özü bilər, xoş getdi. Gedənə "yaxşı yol" deyərlər".


Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev yazıçı-şair Zahid Sarıtorpağın qurumdan istefasına münasibət bildirərkən deyib.

Sədr AYB üzvünün istefasının səbəbini bilmədiyini bildirib:

"Özündən soruşun. Ərizə verirlər, baxırıq, layiq olanlar sıralarımıza qəbul olunur. Kimsə çıxmaq istəsə, deyirik xoş gəldin. Çıxmaq istəyib, lap yaxşı, özü bilər, xoş getdi".

Anar Rzayev AYB-dən istefalara reaksiyası belə olub: "Elə bilməsinlər ki, Yazıçılar Birliyi bununla nəsə itirir, əsla".

Qeyd edək ki, yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən istefa verib. O bildirib ki, AYB üzvlüyündən istefa verməsi qurumun ondan tələb etdiyi üzvlük haqqı ilə bağlı deyil:

"37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram"


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar