Ru
12:09 / 22 Yanvar 2026

SOCAR Afrikada böyük enerji layihəsinə qoşuldu – Saziş imzalandı

SOCAR Afrikada böyük enerji layihəsinə qoşuldu – Saziş imzalandı
Eye

SOCAR İtaliyanın enerji nəhəngi “Eni S.p.A.” ilə Afsrika ölkəsi Fil Dişi Sahilinin “Baleine” dəniz neft qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının alınmasına dair müqavilə imzalayıb.

Bakupost.az xəbər verir ki, saziş Dünya İqtisadi Forumunun 2026 cı il illik toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni S.P.A.”nın baş icraçı direktoru Klaudio Deskalzi tərəfindən razılaşdırılıb.

Bu addım SOCAR ın ənənəvi fəaliyyətindən kənara çıxaraq qlobal enerji layihələrinə inteqrasiyasının bir hissəsidir və şirkətin Afrikadakı zəngin neft qaz resurslarına çıxış strategiyasını gerçəkləşdirir.

“Baleine” yatağı Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri dəniz neft qaz layihələrindən biridir. 2021-ci ildə kəşf olunmuş yataqda hasilat 2023-cü ildə başlayıb və layihə Afrika üçün mühüm enerji mənbəyi hesab edilir.

Hazırda 1 ci və 2 ci mərhələlərdə gündəlik olaraq 62 min bareldən çox neft və təxminən 2,1 milyon kubmetr qaz hasil edilir. Layihənin 3 cü mərhələsi işə düşdükdən sonra hasilatın 150 min barel neftə və 5,7 milyon kubmetr qazadək artacağı gözlənilir.

Əhəmiyyətli məqamlardan biri də odur ki, “Baleine” Afrikada ilk “xalis sıfır emissiya” (net zero) prinsipinə uyğun neft qaz layihəsidir – bu da layihənin əməliyyat və ətraf mühit standartlarını qlobal səviyyədə bir qədər fərqli edir.

“Baleine” layihəsi ilə bağlı şirkətin rəhbərliyi bildirib ki, bu əməkdaşlıq İtaliya şirkəti ilə daha geniş strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilir və gələcəkdə digər sahələr üzrə də əməkdaşlıq layihələri yarana bilər.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar