Ru
11:48 / 22 Yanvar 2026

Emin Əmrullayevdən yeni təyinat - FOTO

Emin Əmrullayevdən yeni təyinat - FOTO
Eye

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutuna yeni icraçı direktor təyin olunub.


Bakupost.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə iqtisad üzrə fəlsəfə doktoru, dosent Famil Vəli oğlu Rüstəmov təyin edilib. O, bu təyinatadək İnstitutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2023-cü ildən indiyədək İnstitutda icraçı direktor vəzifəsi vakansiyaya çıxarılıb. 2023-cü ilədək isə İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşviq Atakişiyev olub. O, 12 il əvvəl - Elm və Təfəkkür Universitetinin rektoru olduğu dövrdə qətlə yetirilən prorektor Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilərək 2023-cü ildə məsuliyyətə cəlb edilib və 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmənin hökmü ilə 14 il 6 ay azadlıqdan məhrum edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar