Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsinin planlaşdırıldığını bəyan edib.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, “Bəli, qəti və şübhəsiz şəkildə Ermənistan və Azərbaycanın enerji sistemləri bir-biri ilə birləşdiriləcək və ixrac-idxal imkanlarından qarşılıqlı şəkildə, eyni şərtlərlə istifadə edəcək”, – deyə Paşinyan dünən parlamentdəki çıxışında bildirib.
Müxalif “Ermənistan” blokundan olan deputat Artur Xaçatryanın “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (“TRIPP”) layihəsinin icra çərçivələrinin məcburi hüquqi qüvvəyə malik olmadığı, bunun yalnız iki hökumət arasında bəyanat olduğu barədə iradına cavab olaraq Paşinyan qeyd edib ki, bu bəyanatın ardınca hüquqi baxımdan məcburi qüvvəyə malik olacaq layihələr hazırlanacaq.
Baş nazirin sözlərinə görə, həmin layihələr parlamentin təsdiqini tələb edəcək və rəsmi hüquqi mexanizmlərlə müşayiət olunacaq.
Cavid, BakuPost