Ru
11:07 / 22 Yanvar 2026

Mirşahin oğlundan danışdı: “Onda hər şeydən bir az var” - VİDEO

Mirşahin oğlundan danışdı: “Onda hər şeydən bir az var” - VİDEO
Eye

“Çingizdən jurnalist kimi razıyam, amma qarışıq fikirləşir. Fikirlərini atamın bizə saxladığı “ban”dakı kitablar qədər qarışıq yerləşdirir”.

Bakupost.az xəbər verir ki, bu sözləri “AStar” “Youtube” layihəsinin qonağı olan Mirşahin Ağayev oğlu ilə bağlı verilən suala cavab olaraq deyib.

O bildirib ki, oğlu verilən tapşırığı sərrast çatdırmaq vərdişlərindən hələ uzaqdır:

“Beynində o qədər qarışıq fikirlər var ki... bir az filosof, bir az publisist, bir az şair, bir az yazıçı, bir az jurnalist, bir az tərcüməçi, bir az da fantaziyapərəstdir... Aləmi vurur bir-birinə.

Bir də görürsən ki, ona verdiyin tapşırığın müqabilində elə nəticə ortaya qoyur ki, deyə bilmirsən pisdir. Amma eyni zamanda bilirsən ki, bu, sənin istədiyin deyil.

Onun beyninin informasiya gücündən narazı deyiləm, amma sən dükana gəlmisənsə və göyərti alacaqsansa, ya da kişmiş alacaqsansa, yaxud qab yumaq üçün şotka alacaqsansa, yəqin ki, nə istədiyini deməlisən və sənə də onu verməlidirlər. O isə göyərti almağa gəlir, şotkayla çıxır. Təxminən belə... qarışıqlıq var.

Talantı var, kifayət qədər istedadlı oğlandır, ingiliscəsi var, Azərbaycan dilini çox yaxşı bilir və məndən fərqli olaraq özü-özünü yaradır. Çünki mən faktiki olaraq onun formalaşmasında, böyüməsində yalnız maddi tərəfdən iştirak etmişəm”.

Lalə, BakuPost





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar