2024-cü ilin 25 dekabrında Bakı-Qroznı reysi üzrə hərəkət edən AZAL-a məxsus "Embraer 190" sərnişin təyyarəsinin vurulmasına səbəb olan şəxslərin siyahısı yayılıb.
Bakupost.az xəbər verir ki, siyahını "Minval Politiko" dərc edib.
Təyyarəmizin vurulmasında rol oynayan şəxslərin siyahısı belədir:
Aleksandr Tolopilo - raketin buraxılması əmrini verən, 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının komandiri general-mayor;
Nikolay Orlyanski - əmri qəbul edib, onu ekipaj üzvlərinə ötürən polkovnik-leytenant;
Dmitri Paladiçuk - əmri dərhal icra edən kapitan.
Bundan əlavə, 51-ci hava hücumundan müdafiə diviziyasının döyüş idarəetmə qrupunun böyük şturmanı Kapitan Dmitri Pudovkin, Cənub Hərbi Dairəsinin qərargahının əməliyyat növbətçisi Polkovnik-leytenant Vladimir Yanovski, 4-cü Qvardiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun komanda məntəqəsinin operativ növbətçisi Polkovnik Gennadi Eremenko da təyyarəmizin vurulmasında rol oynayıb.
Adıçəkilən şəxslərin heç biri faciəyə səbəb olan hadisədə fəal iştiraklarına baxmayaraq, məsuliyyətə cəlb olunmayıb - əksinə bəziləri vəzifədə yüksəliblər.
Asena,
BakuPost