Ru
16:26 / 09 Dekabr 2025

Tramp Avropa liderlərini “zəif” adlandırdı – “Ukraynada seçki keçirməyin vaxtıdır”

Tramp Avropa liderlərini “zəif” adlandırdı – “Ukraynada seçki keçirməyin vaxtıdır”
Eye

ABŞ Prezidenti Donald Tramp “POLITICO” nəşrinin Daşa Börnsün müəllifli olduğu “The Conversation” proqramına müsahibəsində Avropa liderlərini sərt tənqid edib.

Bakupost.az xəbər verir ki, Avropalı dövlət xadimlərini “zəif” adlandıraran ABŞ Prezidenti onları miqrasiya və Rusiya-Ukrayna müharibəsi məsələlərində uğursuzluğa görə qınayıb. Tramp bildirib ki, Avropa liderləri “nə edəcəyini bilmir” və kontinent “siyasi korrektlik həddinə çatıb”.

Donald Tramp London və Parisi miqrasiya yükü altında “çökən” şəhərlər kimi təsvir edib. O, London meri, Pakistan əsilli Sadiq Xanı “fəlakət” adlandırıb. Tramp Avropadakı seçkilərdə öz dəstəyini verdiyi namizədləri önə çıxaracağını açıqlayıb. ABŞ dövlət başçısı xüsusilə sərt sərhəd siyasəti ilə tanınan Macarıstanın baş naziri Viktor Orbana dəstəyini bildirib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Tramp Avropa liderlərinə heç bir təminat verməyib və Rusiyanın Ukraynadan güclü mövqedə olduğunu vurğulayıb. O, Ukrayna lideri Vladimir Zelenskiyə yeni seçkilər keçirməyi tövsiyə edib və Avropa liderlərinin müharibənin dayandırılmasında rolunu səmərəsiz hesab edib. Tramp həmçinin bildirib ki, Ukrayna üçün hazırladığı yeni sülh planı bəzi rəsmi şəxslər tərəfindən bəyənilsə də, Zelenski hələ onu nəzərdən keçirməyib.

Avropa Şurasının Prezidenti Antonio Kosta Trampın bu açıqlamalarını qınayaraq ABŞ-ı Avropanın daxili işlərinə müdaxilə etməməyə çağırıb. “Alliələr demokratiya həyatına və daxili siyasi seçkilərə müdaxilə etmir, onları hörmətlə qarşılayır”, – Kosta bildirib.

Trampın Avropa və Rusiya-Ukrayna məsələlərinə dair sərt açıqlamaları transatlantik münasibətlərdə gərginliyi artırmaqla yanaşı, ABŞ-ın Avropa müttəfiqləri qarşısında qeyri-müəyyən mövqeyini də ortaya qoyur.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar