Ru
23:45 / 06 Aprel 2026

Tramp Kanadanın ABŞ-nin tərkibinə daxil edilməsi fikrindən daşındı

Tramp Kanadanın ABŞ-nin tərkibinə daxil edilməsi fikrindən daşındı
Eye

ABŞ Prezidenti Donald Tramp Kanadanın ölkənin tərkibinə daxil edilməsi fikrindən daşınıb.

Bakupost.az bu barədə "The Globe and Mail" qəzetinə istinadən xəbər verir.

"Düşünürəm ki, bu baş verməyəcək!" - deyə Tramp bioqraf Robert Hardmanla söhbətində bildirib.

O, öz mövqeyini Kanadanın uzunmüddətli suverenliyi, həmçinin ölkənin Britaniya monarxiyası ilə qorunan əlaqələri ilə izah edib.

"Düşünürəm ki, kanadalıların 200 illik tarixi və bütün bu "Oh, Canada" söhbətləri var. Bunun öhdəsindən 3.5 il ərzində gəlmək olmaz", - deyə o bildirib.

Trampın bu bəyanatı Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamillanın 27-30 aprel tarixlərində ABŞ-yə planlaşdırılan dövlət səfəri ərəfəsində verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar