Ru
14:18 / 30 İyul 2025

Tramp Putinə niyə qəzəblidir? - Şok detallar AÇIQLANDI

Tramp Putinə niyə qəzəblidir? -  Şok detallar AÇIQLANDI
Eye

ABŞ Prezidenti Donald Tramp Kremlin siyasətindən dərin məyus olduğunu bildirib. O, Vladimir Putinə Ukraynada atəşi dayandırmaq üçün cəmi 10 gün vaxt verib, əks təqdirdə yeni iqtisadi tədbirlər görəcəyi ilə hədələyib. Bu, Amerika liderinin son aylarda ikinci ultimatumudur, əvvəlkinin müddəti 50 gün idi.

Bakupost.az xəbər verir ki, bu barədə “Atlantic Council”un analitikləri bildirib.

Onların fikrincə, Trampın yeni addımı ABŞ-ın eskalasiyanı azaltmaq müqabilində Rusiyaya güzəştlər təklif etdiyi əvvəlki diplomatiyadan kəskin dönüşdür. Məlumata görə, Tramp hətta Krımın ilhaqını tanımaq barədə düşünüb, Ağ Ev isə Kremli açıq şəkildə tənqid etməkdən çəkinib və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşıması təşəbbüslərini dəstəkləməyib.

Dönüş nöqtəsi isə Trampın Ukraynanın avropalı müttəfiqlər vasitəsilə silahlandırılmasına razılıq verməsi olub. Bu addım bir çoxları tərəfindən gecikmiş, lakin vacib addım kimi qiymətləndirilir. Hazırda Vaşinqtonda belə hərbi yardımın effektivliyi barədə müzakirələr aparılır, çünki bu yardımların müharibənin gedişatını dəyişib-dəyişməyəcəyi bəlli deyil.

Putin niyə sülhdən imtina edir?

Atlantic Council”un analitikləri hesab edirlər ki, ABŞ-ın təklif etdiyi əlverişli şərtlərə baxmayaraq, Putin danışıqlardan imtina edir. Səbəblər əsasən üç əsas amillə bağlıdır:

1. Cəbhədə hərbi təşəbbüs. Hücumların tempi zəif olsa da, Kreml müharibədə Rusiyanın qalib gəldiyinə inanır.
2. Hərbi iqtisadiyyat. 2022-ci ildən bəri Rusiya Federasiyası öz iqtisadiyyatını müharibə şəraitinə uyğun qurdu. Fabriklər fasiləsiz işləyir, hərbçilərin ailələrinin gəlirləri artıb və bu, sanksiyaların yaratdığı itkiləri qismən kompensasiya edir.

3. Daxili sabitlik. Sülh yüz minlərlə veteranın cəbhədən geri dönməsi deməkdir. Onlar müharibə zamanı yüksək gəlirlərə öyrəşiblər və ölkə daxilində sabitliyi poza bilərlər.

Ən başlıcası isə odur ki, Putinin müstəqil Ukraynanın mövcudluğunun Rusiyanın imperiya kimliyini təhdid etdiyinə dair ideoloji qənaəti var. Məhz bu dərin inam ona nə məğlubiyyətlə barışmağa, nə də kompromisə gəlməyə imkan verir.

Analitiklər yazır:

“Putinin Trampın təklif etdiyi sərfəli sülh şərtlərini qəbul etməməsi, qismən onun qələbəyə artan ümidləri və hərbi əməliyyatları dayandırmaq üçün danışıqlar yolu ilə əldə edilmiş hər hansı razılaşmanın gözlənilməz nəticələri ilə bağlı təşviş hissi ilə izah olunur. Lakin müharibəni davam etdirmək əzmini gücləndirən həlledici amil onun Ukrayna dövlətçiliyinin Rusiya üçün təhlükə yaratdığına və tamamilə aradan qaldırılmalı olduğuna inanmasıdır”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar