"Hər zaman bir şans var. Çox yaxşı şans".
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Macarıstanda görüşmək ehtimalı ilə bağlı jurnalistin sualına cavab olaraq bildirib.
Oktyabrın 23-də ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan danışıqları ləğv etdiyini açıqlayıb. Ağ Ev rəhbəri görüşün nəticəsiz olacağına inandığı üçün bu qərarı verib.