"Hərbi hədəfi vurmaq üçün yüzlərlə dronu “Tomaqavk”larla birlikdə istifadə etmək lazımdır.Bizdə dronlar var, lakin “Tomaqavk”lar yoxdur".
Bakupost.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə keçirilən görüş zamanı bildirib.
O əlavə edib ki, Kiyev ABŞ-yə Tomaqawk və digər silahlar müqabilində pilotsuz uçuş aparatları təqdim etmək üçün təklif irəli sürür.
ABŞ Prezidenti Donald Tramp isə bu təklifə müsbət reaksiya verib:
"Bəli, biz bu təkliflə maraqlıyıq. Amma heç nə qırıcı təyyarələrlə müqayisə oluna bilməz", — deyə o bildirib.
Lalə, Bakupost