ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin ABŞ-nin Alyaska ştatının ən böyük şəhəri Ankoricdə görüşəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt birifində məlumat yayıb.
Onun sözlərinə görə, prezidentlərin görüşünün məqsədi Ukraynada sülhün əldə olunmasında Rusiyanın mövqeyini daha yaxşı anlamaqdır.
Qeyd edək ki, Tramp bundan əvvəl avqustun 15-də Alyaskada Putinlə görüşərək Rusiya-Ukrayna müharibəsinə son qoymaq imkanlarını müzakirə edəcəyini bildirmişdi.