Ru
10:20 / 30 Oktyabr 2025

Tramp və Si görüşü başa çatdı

Tramp və Si görüşü başa çatdı
Eye

ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında təxminən 90 dəqiqə davam edən görüş başa çatıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Si ilə görüşün “möhtəşəm və fövqəladə” olduğunu söyləyib. O həmçinin Si üçün “çətin danışıqlar aparan” ifadəsini işlədib və çox yaxın zamanda bir ticarət razılaşmasının ola biləcəyini qeyd edib. Tramp Çin tərəfindən soya paxlası alışlarının dərhal başlayacağını da bildirib və Çinin fentanil ilə mübarizəsinin dərhal qüvvəyə minməsi üçün bu ölkəyə olan tarifləri 10%-ə (57%-dən 47%-yə) endirib.
ABŞ-nin Ticarət Nümayəndəsi Qrir bildirib ki, “Çin nadir elementlər üzərindəki nəzarətini tətbiq etməyəcək. Çinə qarşı müxtəlif tariflər isə davam edəcək”.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar