Ru
15:41 / 11 Mart 2026

Tramp Xameneinin fiqurunu ələ saldı? - VİDEO - YENİLƏNDİ

Tramp Xameneinin fiqurunu ələ saldı? - VİDEO - YENİLƏNDİ
Eye

"Tramp otağına Xameneinin fiqurunu qoydu" deyə paylaşılan görüntülər həqiqəti əks etdirmir.


Bakupost.az xəbər verir ki, bu barədə mediada yayılan xəbərlər süni intellekt vasitəsi ilə hazırlanıb.


Orjinal görüntüləri təqdim edirik:




***

15:12

ABŞ prezidenti Donald Tramp Fox News telekanalının “The Ingraham Angle” verilişində gözlənilməz bir addım atıb.


Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, Tramp aparıcı Laura İnqrahama Oval kabinetdə gizlədilmiş qeyri-adi bir əşyanı göstərib.

Belə ki, söhbət əsnasında Tramp pəncərəyə yaxınlaşıb və pərdəni çəkib, nəticədə İranın mərhum Ali Lideri Əli Xameneinin kartondan hazırlanmış bir fiquru ortaya çıxıb. Prezidentin sözlərinə görə, fiqur bir gün əvvəl hazırlanıb.

Kadrlarda kartondan hazırlanmış siluetin baş hissəsində nəzərə çarpan zədələr görünüb. Tramp görüntünü şərh edərkən bunu “çox əla” adlandırıb və əlavə edib ki, fiquru aparıcıya elə müsahibə zamanı göstərmək qərarına gəlib.

Teleaparıcı İnqraham gözlənilməz görüntüyə təəccüblə reaksiya verib.

İranın mərhum Ali Lideri Əli Xamenei ABŞ və İsrailin fevralın 28-də Tehrana endrdiyi aviazərbələr zamanı həlak olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar