Ru
21:08 / 13 Oktyabr 2025

Trampdan Əliyev və Paşinyana: Yola gedirsiniz? - VİDEO

Trampdan Əliyev və Paşinyana: Yola gedirsiniz? - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dövlət başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində dünya liderləri ilə birgə sülh sazişinin imzalanmasında iştirak edib.

ABŞ Prezidenti Donald Tramp orada bir daha Ermənistan və Azərbaycan arasında 33 illik münaqişəyə siyasi çərçivədə onun vasitəçiliyi ilə son qoyulduğunu və bunun vacibliyini xatırladıb:

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər.

Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar