Ru
21:42 / 07 Oktyabr 2025

Trampdan Qəzza anonsu - “Çox yaxınıq”

Trampdan Qəzza anonsu - “Çox yaxınıq”
Eye

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yaxın Şərqdə, xüsusilə Qəzzada sülh razılaşmasının əldə olunmasına çox az qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tramp çıxışı zamanı Qəzza zolağında sülh üçün “gerçək bir şans” yarandığını deyib. Onun sözlərinə görə, növbəti ABŞ nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün yola düşüb.

“Yaxın Şərqdə anlaşmaya çox yaxınıq. Qəzza razılaşması tamamlandığında, hər kəsin bu anlaşmaya əməl etdiyindən əmin olmaq üçün əlimizdən gələni edəcəyik”, – ABŞ Prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, razılaşma başa çatdıqdan sonra bölgədə sabitliyin qorunması üçün Vaşinqton bütün səylərini göstərəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar