Ru
16:46 / 22 Avqust 2025

Trampın smartfonunda dəyişiklik - "İphone"dan "Samsung" kopyasına keçdi - FOTO

Trampın smartfonunda dəyişiklik - "İphone"dan "Samsung" kopyasına keçdi - FOTO
Eye

ABŞ Prezident Donald Tramp komandasının tamamilə yerli istehsal olan yeni “Trumphone” adlı smartfonu yaxın vaxtlarda təqdim ediləcək.


Bakupost.az xəbər verir ki, son vaxtlar media qurumları yeni fotolarda smartfonun xarici görünüşünün ciddi şəkildə dəyişdiyini bildirirlər.

Belə ki, ilkin təqdimatda cihaz “iPhone Pro”nun son modellərinə çox bənzəyirdi. Ancaq hazırda yayılan renderlər “Galaxy S25 Ultra” modelinin eynisi kimi görünür. Daha maraqlısı isə dəyişdirilmiş fotoların telefon aksesuarları istehsalçısı “Spigen“ şirkətinin rəsmi saytından götürülməsidir. Renderdə “Spigen” loqolu telefon qabının içində “Trumphone” təsvir olunub, lakin “Trump Mobile” tərəfindən bu logo silinməyib.

Bu hal “Spigen” şirkətinin diqqətindən qaçmayıb və onlar sosial şəbəkələrdə məhkəmə iddiasına hazırlaşdıqlarını açıqlahıblar. Hüquqşünaslar isə bu vəziyyətin əqli mülkiyyət hüquqları baxımından ciddi problemlərə yol aça biləcəyini qeyd edirlər.
Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar