Aparıcı Turan İbrahimov yeni işə başlayıb.
Bakupost.az xəbər verir ki, o, Baku TV-də Qərbi Azərbaycan departamentinin rəhbəri təyin olunub.
Xatırladaq ki, fevralın 7-də “Space” TV-də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. Onu “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib.