Jurnalist Natavan Bayramovaya yeni vəzifə verilib.
Bakupost.az xəbər verir ki, bu barədə ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev məlumat yayıb.
Məlumata görə, jurnalist "Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Natəvan Bayramova 2025-ci ilin aprel ayında Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi vəzifəsindən ayrılmışdı. O, bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi. Jurnalist həmçinin 2019-2022-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi vəzifəsində çalışıb.
Asena,
BakuPost