Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ABŞ-dəki səfiri Oksana Markarovanı 2021-ci il fevralın 25-dən bəri tutduğu vəzifədən uzaqlaşdırmaq, həmçinin G7 və G20 ölkələrindəki bütün səfirləri dəyişdirmək niyyətindədir.
Bakupost.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa radioya müsahibədə ölkənin yeni səfirlərinin mümkün təyinatları ilə bağlı sualı cavablandırarkən bildirib.
"Oksana Markarova bizim ən uğurlu səfirlərimizdən biridir. Son dərəcə təsirli, xarizmatikdir. Lakin, yəqin ki, hər bir diplomatın rotasiya dövrü var. Ona görə də bu məsələ gündəmdədir", - Sibiqa deyib.
O qeyd edib ki, Prezidentin Ukrayna səfirlərinin dəyişdirilməsi ilə bağlı 20-yə yaxın fərmanı olacaq: "Nəticələrə yekun vurmaq üçün səfirlərlə iclas keçirəcəyik. Təbii ki, kadrlarla bağlı qərarlar da olacaq. Bu, Ukrayna Prezidentinin səlahiyyətindədir".
Daha əvvəl "Bloomberg" məlumatlı mənbəyə istinadən yazıb ki, Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı ABŞ-dəki hazırkı səfirin dəyişdirilməsi məsələsini müzakirə edib.