Türk Dövlətləri Təşkilatına(TDT) digər ölkələr də maraq göstərməyə başlayıb.
Bu əsasda onlarla dialoq üçün TDT+ adlı yeni format yaradılır.
Bakupost.az xəbər verir ki, bu barədə “Nezavisimaya Qazeta” məlumat yayıb.
Məlumata görə, yeni formatda təmsil olunmaq üçün maraqlı tərəflər arasında ABŞ, Yaponiya, İsrail, Çin, Böyük Britaniya və Ukrayna var.
Siyasi şərhçi Mehman Əliyev
Bakupost.az-a bildirib ki, TDT+ yaranması TDT-yə üzv olmaq, ittifaq yaratmaq demək deyil:
“TDT+ hansısa əməkdaşlıq formasında ola bilər və bu heç də həmin ölkələrin TDT-nin özünə üzv olması, ora daxil olmaq anlamına gəlmir. Burada söhbət sadəcə olaraq əməkdaşlıqdan gedir. Həmin formatı vahid deyil, açıq format qismində görürəm. Yəni kim istəsə fərdi şəkildə gəlib həmin TDT+ iştirak edə bilər. Bu normal haldır və TDT-nin nüfuzunun artdığının göstəricisidir”.
Ekspert qeyd edir ki, TDT+ formatı qurumun o tərəfində olacaq dövlətlərin vahid ittifaq yaradacağı anlamına da gəlməməlidir.
Rüfət Sultan, BakuPost