Türkiyə Ermənistanla sərhədini 2026-cı il yanvarın 1-dən üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açacaq, lakin bir sıra təklif və tələblər irəli sürüb.
Bakupost.az bildirir ki, belə bir iddia ilə “Hraparak” xəbər yayıb.
Bildirilir ki, Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç bu yaxınlarda İrəvana fikirlərini çatdırıb.
Qəzet yazır ki, türklər hələlik sərhədi yük üçün açmağa hazır deyillər. Əvəzində onlar alternativ həll yolunu təklif ediblər: Türkiyə malları Gürcüstandan keçməklə Ermənistana tranzit keçdikdə, əvvəllər olduğu kimi, son təyinat yeri kimi Gürcüstan deyil, Ermənistan göstəriləcək.
Məlumata görə, Ankara diplomatik münasibətlərin qurulmasına dair protokol da hazırlayıb, lakin Paşinyanın imzalanması üçün şəxsən Türkiyəyə getməsini tələb edir, baxmayaraq ki, belə sənədlər adətən xarici işlər nazirləri səviyyəsində imzalanır.
Qeyd edək ki, Türkiyə hər dəfə bu kimi məsələlər gündəmə gələndə Azərbaycanın maraqlarını və imzalanması nəzərdə tutulan sülh sazişini önə çəkir.