Ru
14:30 / 17 Aprel 2026

Türkiyə F-35 proqramına qayıdır

Türkiyə F-35 proqramına qayıdır
Eye

Vaşinqton və Ankara yaxın vaxtlarda Türkiyənin F-35 proqramına mümkün qayıdışı ilə bağlı problemi həll edəcək.

Bakupost.az xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri və prezidentin xüsusi nümayəndəsi Tomas Barak deyib.

Diplomat xatırladıb ki, bu problem Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əlaqədar yaranıb.

“Tezliklə S-400 məsələsi həll olunacaq. Mənim administrasiyamın mövqeyinə görə, Türkiyənin F-35 proqramına qayıtması problem deyil,” – Barak Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.

Diplomat bundan əvvəl də söyləmişdi ki, ABŞ və Türkiyə S-400 məsələsi üzrə danışıqlar aparır. Tomas Barak vurğulamışdı ki, Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400 sistemindən imtina etməlidir.

Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında Rusiya müqavilənin tam icra olunduğunu açıqlayıb. Bundan sonra Türkiyə ABŞ-nin yeni nəsil qırıcı təyyarə proqramı olan F-35 layihəsindən çıxarılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar