Ru
15:05 / 17 Aprel 2026

Türkiyə İran və ABŞ-yə xəbərdarlıq etdi

Türkiyə İran və ABŞ-yə xəbərdarlıq etdi
Eye

Türkiyə ABŞ və İranın ən qısa müddətdə uzunmüddətli razılaşmaya dair razılığa gəlməsini gözləyir.

Bakupost.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

Nazir bildirib ki, münaqişənin uzanması qlobal tənəzzül riski yaradır.

“ABŞ və İran tezliklə sülh razılaşmasına nail olmasa, qlobal tənəzzül riskləri var. Ümid edirik ki, tezliklə sülh razılaşması əldə olunacaq”, - o qeyd edib.

Bayraktarın sözlərinə görə, Türkiyə İrandakı münaqişə səbəbindən enerji təhlükəsizliyi ilə bağlı problemlər yaşamır: “Ümumi neft idxalımızın təxminən 10 faizini Hörmüz boğazı vasitəsilə edirik. Vəziyyət nəzarət altındadır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar