Ru
11:33 / 24 Sentyabr 2025

Türkiyə ilə ABŞ arasında 43 milyard dollarlıq RAZILAŞMA

Türkiyə ilə ABŞ arasında 43 milyard dollarlıq RAZILAŞMA
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında cümə axşamı Vaşinqtonda keçiriləcək danışıqlar zamanı 43 milyard dollar dəyərində maye qaz idxalına dair çoxillik razılaşma əldə oluna bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə “Ekonimim” nəşri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdara istinadla məlumat yayıb.

“Sentyabrın 25-də Vaşinqtonda ABŞ-ın maye qazının idxalı məsələsində böyük bir addım atıla və müqavilənin təfərrüatı həmin gün açıqlana bilər”, - Albayraq bildirib.

Nəşrin məlumatına görə, müqavilənin müddəti 2045-ci ilə kimi olacaq və Türkiyə hər il bu müddət ərzində ABŞ-dan 2.15 milyard dollarlıq maye qaz alacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar