Ru
17:43 / 25 İyul 2025

Türkiyə ordusu Suriyada: Xüsusi əməliyyatın məqsədi...

Türkiyə ordusu Suriyada: Xüsusi əməliyyatın məqsədi...
Eye

Xəbər verdiyimiz kimi, bu gün Suriyanın Hələb vilayətinin şərqində yerləşən Əl-Bab şəhərində beynəlxalq koalisiya qüvvələrinin, Türkiyə Silahlı Qüvvələrinin və Suriya hökumət qüvvələrinin iştirakı ilə genişmiqyaslı antiterror əməliyyatı həyata keçirilib. Əməliyyat zamanı İŞİD-in yüksək rütbəli komandiri saxlanılıb, bir neçə silahlı zərərsizləşdirilib.

Mövzunu Bakupost.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Suriya ərazisində keçirilən bu əməliyyatlar ölkənin yenidən normal fəaliyyət istiqamətinə qayıtması məqsədi daşıyır:


“Çünki Suriya illərlə xaos məkanı, beynəlxalq terrorizm üçün sığınacaq yeri olub. İndi orada yeni hökumət fəaliyyətə başlayıb və ölkənin ərazisini terrorizm obyektlərindən təmizləmək niyyətindədir. İmkan daxilində bu cür əməliyyatlar keçirməklə müxtəlif terror qruplaşmalarını sıradan çıxarmağa çalışırlar. İndiyə qədər müəyyən uğurlar qazanılıb, amma bu prosesin tam şəkildə öhdəsindən gəlmək hələ mümkün olmayıb”.

Ekspert hesab edir ki, hazırda Suriyanın gələcək taleyi məhz bu əməliyyatların hansı səviyyədə pozitiv nəticələr verəcəyindən asılıdır:

“Çünki nə qədər ki, terror təşkilatları tam şəkildə məhv edilməyib, Suriyanın unitar dövlət olaraq ərazi bütövlüyünün təmin olunması ciddi problemlərlə üzləşə bilər. Ona görə də Suriyanın yeni hökuməti hətta Türkiyəyə belə müraciət edərək bu məsələdə dəstək xahiş edib. Bəzi məlumatlara görə, Suriya və Türkiyə xüsusi xidmət orqanları terrorçulara qarşı ortaq əməliyyat keçiriblər. Bütün bunları ümumiləşdirsək, hazırda Suriyada aparılan antiterror əməliyyatları məhz onun unitar dövlət olaraq ərazi bütövlüyünün tam şəkildə bərpa olunmasına yönəlmiş bir prosesdir.”

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar