İranın yeni dini lideri Müctəba Xamenei bildirib ki, son vaxtlar Türkiyə və Oman istiqamətində reallaşan hücumlar İran və ya onun müttəfiq qüvvələri tərəfindən həyata keçirilməyib.
Bakupost.az xəbər verir ki, İran Dövlət Televiziyasına danışan Xamenei məsələ ilə bağlı açıqlamasında bu cür insidentlərin “süni bayraq” taktikası olduğunu və əsas məqsədin İran ilə qonşu ölkələr arasında fikir ayrılığı yaratmaq olduğunu vurğulayıb.
“Biz qonşu dövlətlərlə münasibətlərin inkişafına inanırıq”, – deyən Xamenei Türkiyə ilə Oman ilə münasibətlərə zərər vermək niyyətində olmadıqlarını xüsusi qeyd edib: “Bizimlə yaxşı münasibətlərə malik olan Türkiyə və Omana yönələn hücumlar heç bir halda İran Silahlı Qüvvələri və ya müqavimət cəbhəsi ilə bağlı qruplar tərəfindən törədilməyib. Bu, sionist düşmənin İran ilə qonşuları arasında parçalanma yaratmaq üçün istifadə etdiyi bir saxta bayraq əməliyyatıdır”.
Eyni zamanda, Müctəba Xameneinin İranda yeni ili “Milli Birlik və Milli Təhlükəsizlik Əhatəsində Müqavimət İqtisadiyyatı İli” kimi adlandırdığını deyib.
Cavid, BakuPost