Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə təklif irəli sürüb. Təklifdə bildirilir ki, Rusiya İrana kəşfiyyat məlumatlarının otürülməsinin dayandırmağa hazırdır. Bunun üçün Vaşinqton da Ukraynaya kəşfiyyat paylaşımını durdurmalıdır.
Bakupost.az “İnvesting.com”a istinadən xəbər verir ki, “Politico”nun iki mənbədən aldığı məlumata görə, təklifin məğzi Moskva və Vaşinqton arasında iki ölkənin maraqlarına toxunan həssas kəşfiyyat məlumatlarının ötürülməsində qarşılıqlı güzəştlərin edilməsi olub.
Nəşrin iddiasına görə, Rusiyanın Vaşinqtondakı səfiri Kiril Dmitriyev bu təklifi ABŞ administrasiyasından olan şəxslərlə – Stiv Vitkoff və Cared Kuşnerlə Mayamidəki görüşü zamanı səsləndirib. Rusiya tərəfi deyib ki, əgər Vaşinqton Ukraynaya kəşfiyyat məlumatı ötürməyi dayandırsa, Moskva da İranı ABŞ nin Yaxın Şərqdəki hərbi obyektləri barədə hədəf koordinatları kimi həssas məlumatlarla təmin etməyəcək.
Lakin ABŞ administrasiyası bu təklifi rədd edib və belə bir razılaşmanın mümkün olmadığına dair mövqeyini bildirib. Təklifin özü də regiondakı və trans Atlantik münasibətlərdə narahatlıq yaradıb, xüsusilə Avropa diplomatları Moskvanın bununla NATO daxilində parçalanma yaratmaq istədiyindən ehtiyat edir.
Bununla yanaşı, digər mənbələr də ABŞ nin Rusiya ilə kəşfiyyat paylaşımı və İran məsələlərində narahatlıqlarını açıq şəkildə ifadə edir, o cümlədən Vaşinqtonun Rusiyadan İrana hər hansı məlumat ötürməməsini tələb etdiyi bildirilir.
Cavid, BakuPost