Ru
09:24 / 31 Oktyabr 2025

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ oldu
Eye

Türkiyənin Balıkesir bölgəsində yenə zəlzələ olub.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sındırgı rayonunda 4.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin dərinliyi 12.9 kilometrdə olub. Təbiət hadisəsi ətraf əyalət və rayonlarda da hiss olunub.

İtki və dağıntı barədə məlumat verilməyib.

Proqnozlara görə, regionda zəlzələ təhlükəsi bir müddət davam edəcək. Mütəxəssislər vətəndaşlara ağır və ya orta dərəcədə zədələnmiş binalara girməmələri ilə bağlı xəbərdarlıq ediblər.

Xatırladaq ki, Balıkəsirdə oktyabrın 27-də 6.1 ballıq güclü zəlzələ olub. Yeraltı təkanlar ətraf vilayətlərdə, o cümlədən İstanbulda hiss olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar