“Çörəyin bahalaşması aztəminatlı ailələrin büdcəsinə ziyan vuracaq”.
Bu sözləri
Bakupost.az-a açıqlamasında millət vəkili Aqil Abbas çörəyin bahalaşması ilə danışarkən deyib.
Aqil Abbas bildirib ki, təkcə çörək deyil, bütün məhsullar bahalaşıb:
“Kənd Təsərrüfatı Nazirliyi elə etməlidir ki, taxıl istehsalı artsın. Müəyyən əkinləri azaldıb, taxıl əkinini artırmaq lazımdır. Nazirlik bu sahədə çox ciddi işlər görməlidir. Hər il taxıl əkənlərə subsidiyalar, yanacaq, gübrə verilir ki, bu sahəni inkişaf etdirsinlər. Azərbaycan hökuməti heç vaxt ölkəmizi çörəksiz qoymaz. İnsanlar bir az təşvişə düşüblər ki, birdən un qurtarar. Un niyə qurtarır? Taxıl idxalı üçün Qazaxıstan, Rusiya və digər ölkələr var. Eyni zamanda danışıqlardan sonra Ukraynadan da taxıl idxal olunur. Cənab Prezident də sdedi ki, 82% taxıl ehtiyatımız var və qalanını da alacağıq”.
Aqil Abbas bahalaşmanın ona da təsir edəcəyini deyib:
"Mən millət vəkiliyəm. Bacılarım, qardaşım, digər insanlar millət vəkilidi? Beş bacım, iki qardaşım var. Hamısı da adi insanlar kimi işləyir. Təkcə çörək deyil, un, bütün ərzaqlar, meyvə-tərəvəz, bir sözlə, hər şey bahalaşıb. Tutalım mən alıb yedim, bəs xalq, əhali, bacım, qardaşım nə etsin? Əsas yük Kənd Təsərrüfatı Nazirliyi və su təsərrüfatının üzərinə düşür. Hökumət bu məsələ barədə ciddi fikirləşməlidir”.
Fərid,
Baku Post
Millət vəkili bir günlük saytda yox,Milli Məclisin iclaslarında məsələ qaldırmalı,müvafiq Qərar çıxarılıb hökumətə təqdim olunmasına və icrasın çalışmalıdır.Yoxsa boş,eşidilməyən.nəticəsiz çıxışlar mənasızdır.Belə çıxışları Qüdeət Həsənquliyev,Fazil ,YAP-ın bəzi deputatları özlərini reklam etmək üçün gündəlik saytlarda edirlər. Bu aldadıcı hallardan artıq hamı bezib.Öncə deputat z səlahiyyətlərini bilməli və özünü əsl deputat kimi aparmağı bacarmalıdır.Siyahi üzrə deputat yox,hakimiyyətin qulu olur.
ÇÖRƏYİN bahalaşmasın;n heç bir iqtisadi 'əası yoxdur. Bunu Kiyevd'ə' BMT-nin Baş katibi Quttereş dwnyada taxıl;n qiymətl'rinin 8 faiz aşağı düşməsi barəd çıxışı təsdiq edir.B's Az'əbaycanda çörəyin qiymət artımının səbəbi niyə doğru açıqlanmır? Bu hakimiyyət niyə millətin boğqzını üzür?Hər gün bahalaşma! əgər belədirsə o zaman neft,qazın da qiymətləri qalxır.O zaman niyə əhaliyə kompensasiya vermək əvəzinə hər şeyin qiymətərini qaldırırlar.Niyə Parlament susub?Bu hakimiyyət xalqı məhvə aparır.Deputatlar susur,Adlarını milli deyirlər.