İranın yeni təyin edilmiş müdafiə naziri Məcid ibn əl-Rzanın öldürüldüyü ilə bağlı xəbərlər yayıldı.
Bakupost.az xəbər verir ki, İsrailin “12-kanal” və bəzi digər KİV-lərdə iddialar yer alsa da, rəsmi təsdiq hələ yoxdur. Buna baxmayaraq, regionda gərginlik və qarışıqlıq fonunda yüksək səviyyəli rəhbər şəxslərin öldürülməsi xəbərləri güclü rezonans doğurur.
Rəsmi məlumatlara görə, İran Prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl əvvəlki müdafiə naziri Əziz Nəsirzadənin həlak olmasından sonra general Məcid ibn əl-Rzanı müvəqqəti müdafiə naziri vəzifəsinə təyin etmişdi. Bu təyinat ABŞ və İsrailin birgə hava hücumlarından sonra baş verib.
Əvvəlki müdafiə naziri Əziz Nəsirzadə, yüksək hərbi rəhbərlərlə birlikdə İsrail və ABŞ-ın hava zərbələri zamanı öldürülmüşdü.
Cavid, BakuPost