Ru
18:14 / 20 Mart 2026

Ucuz PUA ilə bahalı helikopter vuruldu – Pilotlar xilas ola bilmədi – VİDEO

Ucuz PUA ilə bahalı helikopter vuruldu – Pilotlar xilas ola bilmədi – VİDEO
Eye

Rusiyanın “Ka-52” (Alliqator) hücum helikopteri Ukraynanın pilotsuz uçuş aparatı tərəfindən vurulub.

Bakupost.az “Unian.net”ə istinadən xəbər verir ki, helikopterin ekipajı qəza enişi etməyə nail olsa da ölümdən xilas ola bilməyib. Pilot və şturman kamikadze PUA-ları tərəfindən öldürülüb.

Ukrayna ordusu isə öz növbəsində Dnepropetrovsk-Zaporojye istiqamətində lokal hücum əməliyyatlarını davam etdirir. Artıq 430 kv. km ərazi azad olunub.

Qış boyunca Ukrayna ordusu tərəfindən Rusiyanın 80-dən artıq HHM sistemi və radarının sıradan çıxarılması səbəbi ilə cəbhə xəttində, Krımın, eləcə də Rusiya ərazisinin böyük hissəsinin hava müdafiəsində ciddi boşluqlar yarandığı üçün Ukrayna PUA-ları son vaxtlar daha rahat hərəkət edir və dərinliklərə qədər irəliləyir, hərbçilərə, hərbi texnikaya, logistikaya və sənaye obyektlərinə ardıcıl zərbələr endirirlər.

Peyk görüntüsü ilə dəqiqləşib ki, martın 17-də Novqorod vilayətinin Staraya Russa şəhərindəki aviasiya təmiri müəssisəsinə Ukrayna PUA-larının hücumu zamanı nadir “A-50” radiolokasiya təyyarəsi sıradan çıxarılıb.


Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar