Ru
22:09 / 07 Fevral 2026

Ukraynada Burştın İES işini dayandırdı

Ukraynada Burştın İES işini dayandırdı
Eye

Rusiyanın hücumu nəticəsində Ukraynanın İvano-Frankovsk vilayətindəki Burştın istilik elektrik stansiyası (İES) ciddi zədələnib və işini dayandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Burştın meri Vasili Andriyeşin "Facebook" sosial şəbəkəsində məlumat paylaşıb.

"Raket zərbələri nəticəsində stansiyaya ciddi ziyan dəyib. Stansiyanın hazırda enerji istehsalı sıfıra bərabərdir. Bundan sonra necə olacağını hələ heç kim bilmir", - o deyib.

Andriyeşin bildirib ki, hazırda Burştında istilik və su ilə bağlı problemlər var. Su təchizatının bir neçə saat ərzində bərpa edilməsi planlaşdırılır, elektrik enerjisi isə yalnız İES-dəki vəziyyət stabilləşəndən sonra bərpa olunacaq.

Xatırladaq ki, fevralın 7-si gecə Rusiya qoşunları Ukraynaya hava hücumu edib. Ölkənin müxtəlif bölgələrindəki İES-lər hədəfə alınıb. Ukraynanın energetika naziri Denis Şmıqal Burştın və Dobrotvor İES-lərində partlayışların baş verdiyini bildirib. Ukraynanın qərbindəki Rovno şəhərində, ölkənin mərkəzi hissəsindəki Vinnitsa və Yelizavetqradda da bir sıra partlayışlar qeydə alınıb. Lvov və Rovno vilayətlərində kritik infrastruktur obyektləri zədələnib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar