Ru
21:18 / 12 Dekabr 2025

Ukraynadan aldadıcı HƏMLƏ: rus qoşunları mühasirəyə alındı

Ukraynadan aldadıcı HƏMLƏ: rus qoşunları mühasirəyə alındı
Eye

Ukrayna ordusu Kupyanskda uğurlu əks-hücum elan edib, Rusiya qüvvələrinin mühasirəyə alındığını bildirir.

Bakupost.az xəbər verir ki, bununla bağlı Ukrayna Milli Qvardiyasının “Xartiya” briqadasının komandiri İqor Obolenski məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərində əks-hücum həyata keçirib və təxminən 200 nəfərlik Rusiya hərbçisinin təchizat yollarını kəsib.

Bundan başqa, bölmələr şəhərə eyni vaxtda bir neçə istiqamətdən daxil olaraq logistikanı iflic edib:

“Bu gün artıq deyə bilərik ki, rus qüvvələri şəhərdə tam şəkildə təcrid olunub… Hazırda onlar mühasirəyə düşdüklərini anlayırlar”.

Ukrayna tərəfi Kondraşovkanın, ona bitişik ərazilərin və meşə massivlərinin tam azad edildiyini açıqlayıb.

“Xartiya” briqadası həmçinin Radkovka və onun ətrafından Rusiya qüvvələrini sıxışdırıb çıxarıb, Kupyanskın özündə isə şəhərin şimal hissəsində yerləşən onlarla yaşayış evinə nəzarəti bərpa edib.

Uzunmüddətli əməliyyat nəticəsində Kupyanskın əhəmiyyətli hissəsi Ukraynanın nəzarətinə keçib.

Qeyd edək ki, noyabrın 20-də Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə Kupyanskın “ələ keçirilməsi” barədə məruzə etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar