Ru
18:28 / 24 Sentyabr 2025

Ulduz futbolçu alimentə görə həbs oluna bilər

Ulduz futbolçu alimentə görə həbs oluna bilər
Eye

İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş futbolçusu Anderson aliment borcunu ödəmədiyi üçün 30 gün müddətinə azadlıqdan məhrum edilə bilər.

Bakupost.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Britaniyanın "The Daily Star" nəşri yayıb.

Bildirilir ki, qərar Braziliyanın Porto Aleqri şəhərinin Mülki Məhkəməsi tərəfindən qəbul edilib. Andersonun hazırda 188 min ABŞ dolları məbləğində aliment borcu var.

Qeyd edək ki, sabiq yarımmüdafiəçi futbolçu karyerası ərzində "Mançester Yunayted"lə birgə İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub. O, həmçinin Portuqaliyanın "Porto", İtaliyanın "Fiorentina", Braziliyanın "Qremio", "İnternasional", "Koritiba" və Türkiyənin "Adana Dəmirspor" klublarında çıxış edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar