BMT Baş Assambleyasının 80-ci sessiyasının kuluarlarında ən çox müzakirə olunan mövzulardan biri ABŞ prezidenti Donald Trampın təşkilatın qərargahının acınacaqlı vəziyyəti ilə bağlı şikayəti olub.
Bakupost.az xəbər verir ki, Tramp çıxışı zamanı işləməyən eskalatorlardan və sıradan çıxmış telesuflyordan gileylənib.
Təşkilatdan bildirilib ki, halbuki ABŞ BMT-yə ən çox borcu olan dövlətidir:
"Vaşinqtonun təşkilata təxminən 3 milyard dollar borcu var. Bu məbləğə qərargah binasını tamamilə yenidən qurmaq mümkün olardı".
Qərargahda son əsaslı təmir 10 il əvvəl aparılıb, lakin dəyişikliklər əsasən kosmetik olub. Bəziləri binanın tarixi simasının qorunmasına sevinib, digərləri isə 2 milyard dollarlıq xərclərin hara sərf olunduğunu sorğulayıb, çünki bina hələ də köhnəlmiş görkəmdə qalıb.
Trampın şikayətlərinin real nəticə verəcəyi isə inandırıcı görünmür. Başqa üzv dövlətlərin bahalı yenilənməyə pul ayırmaq istəməyəcəyi, ABŞ-ın isə birdən-birə borcunu bağlayacağı ehtimal olunmur.
Maraqlı detal odur ki, ABŞ prezidentinin içində olduğu eskalatorun dayanması qəza deyilmiş – müşayiət edən operator təhlükəsizlik mexanizmini təsadüfən işə salıb. Sıradan çıxan telesuflyor isə BMT yox, birbaşa Ağ Ev əməkdaşları tərəfindən yoxlanılıb.
Ayxan,BakuPost