Ru
17:56 / 24 Sentyabr 2025

Türkiyənin məşhur sənətçiləri Bakıda toplaşacaq - FİLM GÜNLƏRİ

Türkiyənin məşhur sənətçiləri Bakıda toplaşacaq - FİLM GÜNLƏRİ
Eye

26-30 sentyabr 2025-ci il tarixlərində Bakıda “Türkiyə-Azərbaycan Türk Film Günləri” təşkil olunacaq.

Bakupost.az xəbər verir ki, tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Kino Baş İdarəsi, Azərbaycan Respublikası Kino Agentliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Film günlərinin fəxr qonağı məşhur türkiyəli aktrisa Hülya Koçyiğit olacaq. Tədbir çərçivəsində tamaşaçılar bir sıra sevilən türk filmlərini izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, proqramda aşağıdakı filmlər yer alır:

“Gəlin” – 26 sentyabr, 19:00
“Narginli sona” – 27 sentyabr, 19:00
“Rafadan Tayfa” – 28 sentyabr, 12:00
“Şımarık” – 28 sentyabr, 19:00
“Aşk Bağları” – 29 sentyabr, 19:00
“Akıldan Kalbe” – 30 sentyabr, 19:00

Film günlərinə türkiyəli tanınmış aktyorlar Berk Oktay, Anıl Altan və Duygu Meriçan da qatılacaq.

Qeyd edək ki, layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA və Türkiyə İşadamları və Sənayeçilər İctimai Birliyinin dəstəyi ilə reallaşır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar