Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Bakupost.az xəbər verir ki, o, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevin səmimi dialoqunu əks etdirən video paylaşıb.
Videoda Tramp çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin 20 il davam etdiyini, Prezident İlham Əliyev isə xatırlatma edərək, münaqişənin 30 il çəkdiyini və ABŞ prezidentinin səyləri nəticəsində başa çatdığını bildirib. Bu səmimi dialoq tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik: