Ru
23:29 / 23 Sentyabr 2025

Xalq artisti kliniki ölüm keçirdi: 2 dəfə komada olmuşam...

Xalq artisti kliniki ölüm keçirdi: 2 dəfə komada olmuşam...
Eye

Xalq artisti Faiq Ağayev etirafı ilə diqqət çəkib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, 2 dəfə kliniki ölüm keçirməsindən danışan müğənni yaşadıqlarını belə dilə gətirib.

"İki dəfə komaya düşmüşəm. Hər ikisi də əməliyyat zamanı olub. O dünyaya gedib-qayıtmışam. Sonuncu dəfə baş verən çox maraqlı idi. Deyirlər ki, dünyasını dəyişən insanlar son məqamda tunel, işıq görürlər. Quyunun içərisində idim. Çox şirin nənəm vardı. Gördüm ki, Leyla nənəm yuxarıda quyunun üstündən qışqırır. Məni qovur, itil-rədd ol buradan, deyirdi. Bu, yadımda qalıb.

Oyandıqdan sonra həkimlər dedi ki, keçinmisən, kiliniki ölüm yaşamısan. Deyirlər bizi o dünyada qorxamayaq deyə, yaxınlarımız qarşılayır ki, keçdi rahat keçək. Yəqin nənəmə xəbər veriblər, hələ tezdir bura gəlməməlidir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar