Ru
21:46 / 23 Sentyabr 2025

İlon Maskın atasına qarşı ŞOK İTTİHAMLAR: 5 ailə üzvünü...

İlon Maskın atasına qarşı ŞOK İTTİHAMLAR: 5 ailə üzvünü...
Eye

Dünyanın ən varlı adamının atası uşaqlara qarşı cinsi istismarda şübhəli bilinir.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, “The New York Times“ qəzeti İlon Maskın atası 79 yaşlı Errol Mask haqqında araşdırma dərc edib.

Nəşrin polis və məhkəmə sənədləri, sosial işçilərin ifadələri və qohumları ilə müsahibələrə əsaslanan hesabatına görə, Errol Mask ailəsinin ən azı beş üzvünə cinsi zorakılıq etməkdə şübhəli bilinir.

Birincisi 1993-cü ilə aid edilən zorakılıq iddiaları iki ögey qızı, iki bioloji qızı və bir ögey oğlunu əhatə edir.

Errol Musk haqqında üç ayrı araşdırma aparılıb; ikisi bağlanıb, üçüncünün nəticələri isə naməlum olaraq qalır.

“The New York Times“ qeyd edir ki, bu hadisələr İlon Maskla atası arasında uzun müddətdir davam edən münaqişənin səbəblərindən biri olub.

Errol Musk özü “The New York Times”ın məqaləsini açıq şəkildə şərh etməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar