Ru
20:27 / 23 Sentyabr 2025

Azərbaycan-Ermənistan məsələsinin həllinə səbəb olan odur - Rubio

Azərbaycan-Ermənistan məsələsinin həllinə səbəb olan odur - Rubio
Eye

Düşünürəm ki, Prezident Tramp sülh təkliflərinə və sülh təşəbbüslərinə dünyada hər kəsdən daha çox vaxt, enerji sərf edib və o, dünyada böyük uğur qazanıb.

Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət katibi Mark Rubio Nyu-Yorkda “Fox and Friends” verilişinə müsahibəsində deyib.

“Unutmayaq ki, Konqo ilə Ruanda arasında müharibə gedirdi, buna vasitəçilik edən Prezidentdir. Azərbaycan-Ermənistan məsələsinin həllinə də səbəb olan Prezidentdir. Tailand və Kamboca, Hindistan və Pakistan – onlar arasında münaqişələrə son qoyan Prezidentdir. Bu, son bir neçə ayda baş verənlər arasında cəmi dörd nümunədir. Bunu edən Prezidentdir, dünyanın heç bir lideri və ya BMT deyil”, - deyə Rubio bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar