Ru
19:58 / 23 Sentyabr 2025

Ağdamda mina FACİƏSİ: "Gizir Xanı" həlak oldu - YENİLƏNDİ

Ağdamda mina FACİƏSİ: "Gizir Xanı" həlak oldu - YENİLƏNDİ
Eye

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Ağdamdakı mina hadisəsi ilə bağlı məlumat yayıblar.


Bakupost.az xəbər verir ki, üç qurumun yaydığı birgə məlumata görə, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 1971-ci il təvəllüdlü, Baharlı kənd sakini Səyyaf Fiqan oğlu Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.


Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

18:59

Ağdamda mina hadisəsi baş verib.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində ehtiyatda olan gizir Səyyaf Əhmədov həyatın itirib.

Mina hadisəsinin rayonunun Şıxlar kəndi ərazisində baş verdiyi bildirilir.

Qeyd edək ki, kəşfiyyatçı olmuş Səyyaf Əhmədov "Gizir Xanı" ləqəbi ilə tanınıb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar