Ru
19:36 / 23 Sentyabr 2025

Quterreş BMT-də Azərbaycan və Ermənistandan danışdı

Quterreş BMT-də Azərbaycan və Ermənistandan danışdı
Eye

Bu il Azərbaycan və Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma ilə əlamətdardır.

Bakupost.az xəbər verir ki, bunu BMT Baş Katibi Antonio Quterreş Baş Assambleyanın 80-ci sessiyasının açılışında bildirib.


"Biz beynəlxalq hüquqa əsaslanan sülhü seçməliyik. Bu il Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalandı", - deyə Quterreş bildirib.

O, Kamboca-Tailand münaqişəsinə də toxunaraq bildirib ki, həddən artıq böhranlar nəzarətsiz qalır. Cəzasızlıq hökm sürür, qanunsuzluq tüğyan edir.

O əlavə edib ki, qeyd etdiyi vəziyyət xaosa gətirib çıxararsa, bu, terrorizmi gücləndirəcək və bütün xalqların nüvəsizləşdirilməsi təhlükəsi yaradacaq.

"Məsuliyyət azalır və qəbiristanlıqlar böyüyür", - deyə Quterreş vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar