ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Tramp administrasiyasının niyə Rusiyaya qarşı hələ də sərt sanksiyalar tətbiq etməməsi ilə bağlı danışıb.
Bakupost.az xəbər verir ki, NBC News-a açıqlamasında o, bunun Vaşinqtonun Ukrayna və Rusiya Federasiyası arasında vasitəçi roluna mane olacağını bildirib.
“Biz sərt sanksiyalar və digər tədbirlər tətbiq etməyə başladıqdan sonra sülhə nail olmaq üçün vasitəçilik qabiliyyətimiz zəifləyəcək”, - Rubio bildirib.
ABŞ dövlət katibi həmçinin Vaşinqtonun buna baxmayaraq, gələcəkdə Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməli olacağını istisna etmir. Onun bəyanatı Rusiyanın Avropadakı son təxribatları fonunda səslənib.
Zaur,
BakuPost