Ru
17:58 / 23 Sentyabr 2025

Zelenskiy Putinlə görüşü barədə suallara cavab verməkdən imtina etdi

Zelenskiy Putinlə görüşü barədə suallara cavab verməkdən imtina etdi
Eye

Ukrayna Prezidenti Volodimir Zelenskiy Putinlə görüş ehtimalı barədə suallara cavab verməkdən imtina edib.

Bakupost.az xəbər verir ki, Reuters-in yaydığı məlumata görə, Zelenskiy BMT-nin Nyu-Yorkdakı qərargahını ziyarət edib.

Orada o, "RİA Novosti" nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putinlə görüş perspektivləri barədə verdiyi sualları cavabsız qoyub.

Məlumata görə, Ukrayna lideri beynəlxalq təşkilatın ofisinə mülki geyimli şəxslərin müşayiəti ilə gəlib. Bu dəfə o, qara kostyum və şalvar geyinib.

Xatırladaq ki, Zelenskiyin geyim tərzi 2025-ci ilin fevralında Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensin onu sərt tənqid etməsindən sonra diqqət mərkəzinə düşmüşdü.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar