Mingəçevir şəhərində 13 yaşlı məktəbli oğlanı maşın vurub.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində baş verib. Şəhər sakini İkram Yusifov idarə etdiyi VAZ-21015 markalı avtomobillə hərəkətdə olarkən 2012-ci il təvəllüdlü Yusif Rüstəmovu vurub. Piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.