Ru
18:18 / 23 Sentyabr 2025

ŞAD XƏBƏR: Yeni marşrut avtobusu açılır - Gedişhaqqı isə...

ŞAD XƏBƏR: Yeni marşrut avtobusu açılır - Gedişhaqqı isə...
Eye

Sabahdan yeni marşrut avtobusu fəaliyyətə başlayır.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, 340 nömrəli müntəzəm marşrut avtobusu Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.

“ÇinarTrans” MMC-yə məxsus 10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 qəpik təşkil edir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar