Ru
21:30 / 23 Sentyabr 2025

Rusiya azərbaycanlıları ÖLÜMƏ belə sürükləyir: Ukraynadan dostyanə addım... - Politoloq

Rusiya azərbaycanlıları ÖLÜMƏ belə sürükləyir: Ukraynadan dostyanə addım... - Politoloq
Eye

Rusiya-Ukrayna savaşında hər iki tərəfdə müxtəlif sayda azərbaycanlıların olduğu sirr deyil. Ukrayna tərəfdən müharibədə iştirak edən azərbaycanlılar bu ölkənin vətəndaşlarıdır. Rusiya tərəfdən müharibədə iştirak edənlərin də bir qismi bu ölkənin vətəndaşı olan azərbaycanlılardır.

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.


O bildirib ki, Rusiya eyni zamanda şirnikləndirici təkliflərlə müxtəlif ölkələrin miqrantlarını, o cümlədən azərbaycanlı mirqantları savaşa, daha doğrusu ölümə göndərməyə çalışır:


"Hər iki tərəfdə savaşan azərbaycanlılar arasında ciddi fərq var: Ukraynadakı azərbaycanlılar ərazi bütövlüyü uğrunda, Rusiyadakı azərbaycanlılar isə işğalçı dövlətin tərəfində savaşırlar. Ukraynanın əsir götürdüyü hərbçilər arasında bir neçə azərbaycanlının olduğu barədə məlumat var. Rusiya və Ukrayna arasında zaman-zaman əsirlərin dəyişdirilməsi halları olur. Əsirlikdə olan bir neçə azərbaycanlının Rusiyaya təhvil verildiyi barədə məlumat yoxdur. Ukrayna Azərbaycanın dostu və tərəfdaşıdır. Əgər Ukrayna əsirliyində olan azərbaycanlılar arasında miqrantlar varsa, yəni onlar Rusiya deyil, Azərbaycan vətəndaşlarıdırsa, onların ölkəmizə təhvil verilməsi barədə düşünmək lazımdır. Əlbəttə, bu həmin şəxslərin cinayət məsuliyyətindən azad olunması anlamına gəlmir",- o, əlavə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar