Ru
15:13 / 25 Dekabr 2025

Körpü uçdu, kombayn kanala düşdü - Ölən var - VİDEO

Körpü uçdu, kombayn kanala düşdü - Ölən var - VİDEO
Eye

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində olub.

Belə ki, kənd ərazisində pambıqyığan kombayn su kanalı üzərində olan körpüdən keçərkən körpü uçub. Nəticədə kombayn aşaraq suya düşüb. Qəzada 37 yaşlı sürücü Nurlan Kərimli hadisə yerində ölüb.

İlkin ehtimala görə, qəzaya səbəb körpünün qəzalı vəziyyətdə olmasıdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum 3 uşaq atası imiş.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar